Qanunsuz qazılmış 27 kömür quyusu aşkarlanıbbackend

Qanunsuz qazılmış 27 kömür quyusu aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə Tayıflı kənd sakinləri İlqar Dursunova, Faiq İbrahimova, Vüsal Çələbiyevə, Tofiq Sadıqova, Anar Xəlilova, Şahmar İbrahimova və Vüsal Əzizov tərəfində 27 kömür quyusunun qazıldığı və qanunsuz yolla əldə edilmiş 94,28 kubmetr həcmində meşə materiallarından istifadə edildiyi məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlara, ümumilikdə, 3359,98 manat məbləğində ziyan və cərimə tətbiq olunub. Reydlər zamanı aşkar olunan kömür quyuları ləğv edilib.

İnterpress.az