İnterpress.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Şəmkir sakini, 35 yaşlı Elçin Məmmədov bu ilin avqust ayında paytaxtın Qaradağ rayon sakini, 28 yaşlı Şahnaz Cavadova ilə ailə həyatı qurub. 1-ci qrup əlil olan Elçinin sözlərinə görə, onlar Şəmkirdə yaşayıblar və bu vaxta kimi aralarında heç bir problem olmayıb. İki gün əvvəl isə qadının atası evinə qonaq gediblər. Axşam saatlarında Şahnaz Cavadova qonşu qadınla görüşmək üçün evdən çıxıb.
Bir neçə saat keçməsinə baxmayaraq, qadın evə qayıtmayıb. Yaxınları da narahat olaraq onun axtarışına başlayıblar.
Qadının yaxınları həmin gecə \”102\” qaynar xətti vasitəsilə polisə də məlumat verib. Elçin Məmmədov deyir ki, Şahnazla aralarında heç bir mübahisə olmayıb.
Elçin həyat yoldaşının tapılmasını və onunla birlikdə öz evlərinə qayıtmaq istədiyini bildirir.
Məsələ ilə bağlı Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsindən \”Xəzər Xəbər\”ə bildirildi ki, Şahnaz Cavadovanın itməsi ilə bağlı 2 gün əvvəl müraciət daxil olub. Lazımi prosedurlar həyata keçirilib və axtarışlar davam etdirilir.
İnterpress.az