İnterpress.az Report-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Salahuddin Rəbbani Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimindəki çıxışında deyib.
Onun sözlərinə görə, \”Asiyanın qəlbi\” – İstanbul prosesi layihəsi çərçivəsində növbəti görüş gələn il Türkiyədə keçiriləcək.
\”Asiyanın qəlbi\” – İstanbul prosesi əməkdaşlıq üçün yaxşı platformadır. Əfqanıstanın inkişafı məsələsində hamımızın əldə etdiyi nəticələri alqışlayırıq. Bu platforma bütövlükdə regionun inkişafına, ekstremizm və terrorizmlə mübarizə aparmağa kömək edəcək və regiona sabitlik gətirəcək\”, – Əfqanıstan XİN başçısı bildirib.
İnterpress.az