İnterpress.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Belə ki, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.
Milli Məclisin iclasında qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İnterpress.az