İnterpress.az xəbər verir ki, sərgi dekabrın 8-də saat 16:00-da başlayacaq.
Azərbaycan Rəssamlar İttifaqından və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından qonaqlar dəvət olunub.
Sərgidə bir sıra görkəmli rəssam və sənətşünasların iştirakı gözlənilir.
Üç gün davam edəcək bu sərgidə 27 peşəkar, həvəskar və gənc rəssamın əsərləri nümayiş etdiriləcək.
Gələcəkdə bu sərginin ənənəvi olaraq hər ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
İnterpress.az