APA-nın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
Iki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri – Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri – İlqar Dadaşov, Cəsur Səbzəliyev Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib.
Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.
İnterpress.az