Hər iki gəncə qarşı \”homoseksuallıq\” maddəsi ilə (Özbəkistanın cinayət məcəlləsinin 120-ci maddəsi iki kişi arasında seksual münasibətləri qadağan edir) ittiham irəli sürülüb.
Nəşrin yazdığına görə, 1988 və 1994 təvəllüdlü gənc kişilər bu ilin sentyabr ayında tanış olublar və Daşkəndin Mirzə-Uluqbəy rayonunda kirayəyə götürdükləri mənzildə birgə yaşamağa başlayıblar.
Həbs edilənlər məcburi tibbi müayinəyə göndərilib və kişilərin seksual münasibətdə olduğu təsdiqlənib. Sosial şəbəkələrdə istifadəçilərin bu xəbərə münasibəti kifayət qədər ziddiyyətli olub.
Uznews.uz nəşrinin Facebook-dakı səhifəsində dərc edilən bu məlumat 100-ə yaxın şərh toplayıb. Sosial şəbəkə istifadəçilərinin çoxu eynicinsli cütlüyün həbs edilməsini tənqid ediblər.
\”Orta əsrin absurdu! Bu maddəni cinayət məcəlləsindən çıxartmağın vaxtı çoxdan çatıb. Bu cür davranışa artıq inzibati xəta kimi baxmaq lazımdır. Bir çox homofoblar (həmcinslərə nifrət edənlər) homoseksuallığın təbiəti barədə heç nə bilmirlər və bu cür davranışı əxlaqsız hesab edirlər\”, – deyə istifadəçilərdən biri yazıb.
İstifadəçilərin bəzisi ölkənin cinayət məcəlləsindən \”homoseksuallıq\” bəndinin çıxarılması fikriylə razılaşıblar.
Lakin digər istifadəçilər iki gəncin həbs edilməsini razılıqla qarşılayıblar.
Bəzilər isə cəmiyyətə həqiqətən daha çox ziyan vuran digər cinayətlərə qarşı cəzaların daha da sərtləşdirliməsinin vacibliyini qeyd ediblər.
\”Biz artıq fahişələrin, geylərin həbs edilməsi barədə məlumatları oxumaqdan yorulmuşuq. Nəhayət onlar nə vaxt rüşvətxorları tutmağa başlayacaqlar?\” – deyə şərh yazanlardan biri sual verib.
Bəziləri həbsin tibbi müayinə əsasında aparılmasına diqqəti yönəldiblər.
\”Hansı əsasla onları həbs ediblər və tibbi müayinəyə göndəriblər? Şübhəli hadisədir. Tibbi müayinə kimsə seksual zorakılıq barədə şikayət edən zaman keçirilir \”, – deyə istifadəçilərdən biri narazılığını bildirib.
\”Nəzərə alın ki, sizi küçədə, dostunuzun, tanışınızn, həmkarınızın evində qonaq olan zaman həbs etsələr böyük ehtimalla təkcə pasportunuzu yoxlamayacaqlar\”, – digər istifadəçi istehzayla yazıb.
İnterpress.az