Ələkbərovun varidatı 244 milyon dollar artıbbackend

Ələkbərovun varidatı 244 milyon dollar artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Novator.az-a istinadən xəbər verir ki, varidatı çoxalan milyarderlər siyahısında “Lukoyl” şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərovun da adı var. Milyarderlər siyahısında 10-cu yerdə olan Vahid Ələkbərovun varidatı 11 ayda 244 milyon dollar çoxalıb.

1950-ci ildə Bakıda anadan olan Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidir.

Rusiyanın ən varlı adamı “Severstal”ın əsas səhmdarı, qara metallurgiya və maşınqayırma üzrə biznesmen Aleksey Mordaşovdur. Onun var-dövləti 11 ayda 2,32 milyard artaraq 19,2 milyard dollara çatıb.

Siyahıda ikinci yerdə “Norilskiy nikel” şirkətinin prezidenti Vladimir Potanin gəlir. 2017-ci ildə onun varidatı 1,32 milyard artaraq 17,9 milyard dollar olub.

Üçüncü yerdə metallurgiya, nəqliyyat sahəsi üzrə biznesmen Vladimir Lisin qərarlaşıb. Biznesmen yanvar ayından var-dövlətinin həcmini 3,33 milyard artıraraq 16,4 milyard dollara yüksəldib.

İnterpress.az