İnterpress.az-ın apa-ya istinadən verdiyi məlumata görə hadisə Bakı-Qazax magistral yolun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 21099” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində bir nəfər sərnişin, rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Ramil Eldar oğlu xəsarət alıb. Ona tibbi yardım göstərilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İnterpress.az