İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, Stockwell Yolunda baş verən hadisə nəticəsində ən azı 5 nəfər yaralı var. Avtomobilin əzdiyi piyadalardan 5-i yaralanıb, xəstəxanaya çatdırılan 2 nəfərin vəziyyəti ağırdır. Hal-hazırda polis yolları bağlayıb. Əraziyə çox sayda təcili yardım maşınları cəlb olunub.
İŞİD terror təşkilatı bu il mart ayından etibarən Böyük Britaniyada davamlı olaraq avtomobil hücumları təşkil edir. Westminster Körpüsündə piyadaları əzən avtomobilin parlament bağçasına çırpılması nəticəsində baş verən hücumda onlarla insan həyatını itirib.
İnterpress.az