İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, aktivistlər və polis arasındakı qarşıdurmalarda çox sayda polis və etirazçı yaralanıb. Almaniyanın fərqli yerlərindən Hannoverə gələn AFD müxalifləri polisin qurduğu barrikadaları aradan qaldırmağa çalışarkən təhlükəsizlik əməkdaşları xüsusi maşınla su sıxaraq etirazçıları uzaqlaşdırmaq istəyib.
Etiraz aksiyası səbəbindən bir çox yollar bağlanıb. Polislə etirazçılar arasında qarşıdurmalar yaranıb. Çox sayda nümayişçi yaralanıb. Havanın soyuq olması və etirazçılara su sıxılmasına baxmayaraq aksiyanı dayandırmayan nümayişçilər, zibil qutularını yandıraraq həm isinib, həm də etirazlarını davam etdiriblər.
İnterpress.az