Tacikistanda hərbi hissə komandiri öldürülübbackend

Tacikistanda hərbi hissə komandiri öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Tacikistanın Əfqanıstanla sərhəddə yerləşən Şamsiddin Şoxin rayonunda əfqan qaçaqmalçıları ilə atışma zamanı polkovnik Xayriddin Əhmədov ölüb, 4 hərbçi ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Tacikistanın Əfqanıstanla 1430 km sərhədi var. Şamsiddin Şoxin rayonu mürəkkəb relyefi ilə bağlı sərhəddə yerləşən ən gərgin sahədir. Burada tez-tez narkotik vasitə tacirləri və silahlı qaçaqmalçılarla atışma baş verir.

İnterpress.az