İnterpress.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov açıqlamasında deyib.
Sənətçi onluqlarda birinci olmasından danışıb. O bildirib ki, birinci olmaq o deməkdir ki, sən nümunəvisən, özünü aparmaq və təqdim etməyi bacarırsan.
Elnur şou-biznesin son vaxtlar maraqsızlaşması sözlərinə münasibət bildirib:
\”İnsan hansısa bir işlə məşğul olursa, onu doğru etməlidir. Mənim işim verilişlərdə yalandan görünmək, baş aldatmaq deyil. Mənim işim tamaşaçıların diqqətini cəlb edən maraqlı mahnı oxumaq və klip çəkdirməkdir. Gedib bir kamera götürüb Bulvarda klip çəkdirmək klip deyil.
Hər insanın bir ailəsi var. Mənim 35 yaşım tamam oldu. Şou-biznes də mənim ailəmdi. Necə bu ailə maraqsızlaşa bilər? Bu sənəti seçmişəmsə, necə maraqsızlaşar ki? Maraqsız ola bilər hansısa sənət insanı. İzləmədiklərim çoxdur\”.
İnterpress.az