İnterpress.az xəbər verir ki, Elon Mask \”Yastı Yer Kürəsi\” cəmiyyətinə Mars planetinin niyə yastı formada olmadığını sual verib. Sualına cavab olaraq qurumdan gələn cavab onu heyrətləndirib: \”Təşkilatımız adından sizi salamlayırıq. Sualınız üçün təşəkkür edirik. Bildirmək istəyirik ki, Yer kürəsindən fərqli olaraq, Marsda aparılan müşahidələr onu sübut edir ki, planet oval (yumru) formaya malikdir\”.
Elon Maskın \”Space X\” şirkəti, Marsın hansı formada olduğunu müəyyənləşdirmək üçün, 2024-cü ildə Marsa ilk dəfə insan göndərməyi planlaşdırır.
İnterpress.az