Türkdilli ölkələrin Parlament Assambleyasının iclası keçiriləcəkbackend

Türkdilli ölkələrin Parlament Assambleyasının iclası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan parlamenti-Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə TürkPA-nın üzvü olan ölkələrin parlament sədrlərinin iştirakı nəzərdə turulur.

İclasda müşahidəçi kimi Macarıstan parlamenti sədrinin müavini iştirak edəcək. Qurumun fəaliyyəti müddətində Özbəkistan və Türkmənistan TürkPA-nın iclasına qonaq kimi qatılacaq.
İclasda TürkPA-nın gələcək fəaliyyəti, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, genişləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Tədbirin yekununda birgə Bəyannamənin qəbul ediləcəyi gözlənilir.

İclasda TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.

Tədbir çərçivəsində Qırğızıstan parlamentinin sədri Dastanbek Cumabekovun Azərbaycan, Qazaxıstan, Türkiyə, Macarıstan və Özbəkistan parlamentlərinin sədrləri ilə görüşləri gözlənilir.

İnterpress.az