3 uşaq atası özünü asdı – Bakıdabackend

3 uşaq atası özünü asdı – Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Rayonun Hövsan qəsəbə sakini, 1962-ci il təvəllüdlü Quliyev Qulu Mirzə oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Məlumata görə, 3 övlad atası və nevroz xəstəsi olmuş Q.Quliyev Nevroloji Dispanserdə qeydiyyatda olub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İnterpress.az