Paytaxtın məşhur otelində nələr baş verir?backend

Paytaxtın məşhur otelində nələr baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə isə Bakının ən möhtəşəm otellərindən biri olan \”Hilton Baku\” otelində eyni halın baş verməsi barədə məlumat yayılıb. Vaxtı ilə sözügedən oteldə çalışan Samir Zeynalov \”Hilton Baku\”da müşahidə etdiyi qanunsuzluqlar barədə başda Prezident İlham Əliyev olmaqla bir sıra səlahiyyət sahiblərinə, eləcə də otel rəhbərliyinə orada baş verən qanunsuzluqlarla bağlı məlumatlandırıcı xarakter daşıyan müraciət edib. Müraciətdə Samir Zeynalov qeyd edir ki, 16.03.2015-ci ildən qeyri-qanuni olaraq əmək münasibətlərində olduğu müəssisədə xidmət müqaviləsi ilə müəssisənin iqtisadi və mənəvi nüfuzu adına normadan artıq fayda verməklə məsul olub: \”Rəsmi olaraq yuxarıda göstərilən tarixdən etibarən çalışmağıma qədər otelin insan resursları şöbəsinin əməkdaşları tərəfindən müsahibə edilmişəm. Həmin tarixdən etibarən isə otelin mətbəx şöbəsində, həmin şöbənin rəhbərləri Savaş Özkılıç və onun müavini Gökhan Sınmazın tabeçiliyi altında qida mallarının qəbulu, sifarişi, etibarlı mühafizəsi və həmçinin sağlam gigiyenik şəraitdə istifadəyə təqdim edilməsi üzrə \”Anbardar\” (Storekeeper) vəzifəsini yüksək məsuliyyətlə, hətta rəsmən mənə aid olmayan işləridə yerinə yetirərək bütün kolektivin, ən əsası bu gün nadanlıq etməkdə peşəkar olan Savaş Özkılıçın və Gökhan Sınmazın rəğbətini qazanmağa nail olmuşam.

Ağlasığmaz durum idi ki, rəsmən otel üçün ən ciddi və məsuliyyətli iş olan anbardar vəzifəsini icra etməyimə baxmayaraq, xidmət müqaviləsi ilə adım \”təmizlikçi\” göstərilməklə çalışırdım. Yerinə yetirdiyim məsuldarlıq ehtiva edən keyfiyyətli işlərin müqabilində isə aylıq orta hesabla 466 AZN məvacib alırdım. Mənə həvalə edilən işləri məsuliyyətlə yerinə yetirdikcə mənim iqtidarıma əlavə işlər verilirdi. Mən xaraktercə dərhal haqlı şəkildə heç vaxt öz tələbkarlığımı ortaya qoymamışam. Həmişə işlərimi məsuliyyət və məsuldarlıqla yerinə yetirməklə bərabər səbirli olub, rəhbərlik tərəfindən verilən dəyər üçün gözləmə mövqeyində olmuşam. Dəfələrlə Türkiyə və Birləşmiş Ştatlardan gələn gigiyenik yoxlamalardan müsbət nəticə qazanmağı bacarmışam. Mənim icraatımda olan işlərin çoxluğu baxımdan bu yoxlamalar ərəfəsində fasiləsiz və qarşılıqsız 37, 40 saat işləmişəm. Mənə qarşı göstərilən ədalətsizliklər, bəzən münaqişə ehtiva edən hallarla bərabər mətbəx rəhbərliyi digər işçilərə də qarşı istismarçı, ədalətsiz, qeyri-hüquqi və qeyri-mənəvi mövqedə qərarlaşaraq avtoritar idarəçilik formalaşdırmış, xüsusən qadınların yanında söyüş hallarını ifadə edən mənəviyyatsız abu-hava yaratmağı bacarmışdı\”.

Samir Zeynalov bildirir ki, təhqirə, əməklə bağlı istismara məruz qalan şəxslər işlərini itirmək qorxusu səbəbilə əks təsir göstərmək, öz haqqların müdafiə etmək iqtidarında olmayıblar: \”Mənim isə həmişə bir tək istəyim olub: Əmək müqaviləsi və sağlam iş şəraiti. Lakin həmişə bu hüquqi istəyimə laqeyid yanaşılıb. Hətta vədlər verilməyinə baxmayaraq bu vədlər uzun müddət keçsə də, yerinə yetirilməyib. Mətbəx rəhbəri Savaş Özkılıçın 5000 AZN-dən, onun müavini Gökhan Sınmazın isə 3000 AZN-dən çox əmək haqqı almasına baxmayaraq, onlar həmişə yerli işçilərlə münaqişə vəziyyətində olub, aşağılayıcı nadan və nankor hərəkətlərini nümayiş etdirməkdən birmənalı sürətdə həzz alıblar.

Dəfələrlə bu barədə insan resursları şöbəsinin rəhbərliyinə məlumatlar verilsə də, yazılı müraciətlər olunsa da, HR rəhbərliyində ukraniyalı Mariya adlı şəxsin təmsil olunması və aşkar olaraq onun mətbəx rəhbərliyi ilə əlbir olması nəticəsində şikayətlərə fərdi və kollektiv qaydada hər zaman laqeyid yanaşılıb\”. Müraciət müəllifinin sözlərinə görə, oteldə mövcud dözülməz halların əsl səbəbkarı olan bəzi türk ünsürləri ilə bərabər onların əməllərinə dəstək verən milli xainlərimiz də mövcud olub: \”Hansı ki, bu milli xainlər öz xəyanətkarlıq və mənəviyyatsızlıqlarını vəziyyətin pik həddə çatdığını təsdiq edən 15 nəfərdən ibarət işçinin kollektiv tələblər adı altında 13.11.2017-ci il tarixdə otel rəhbərliyinə ünvanladığı yazılı müraciətdən sonra özlərini daha aktiv şəkildə göstərməyə başladılar.

Həmin şəxslərdən biri ümumiyyətlə əmək mübahisələrinin həll edilməsində heç bir səlahiyyəti olmayan otelin Mühafizə İşinin Təşkili üzrə Meneceri Oleq Əliyev idi. Keçmiş MTN işçisi olan bu şəxs özünə hüquqşünas deməsinə və kifayət qədər yaşı olmasına baxmayaraq intellekt və etika baxımında tamamilə yararsız bir şəxs idi. Belə ki, o bu müraciətimizdən sonra kollektiv tələblərdə iştirak edən və edilən müraciətdən 24 saat sonra işdən kənarlaşdrılan 11 nəfər işçi ilə ünsiyyət zamanı mənə qarşı anti-təbliğat aparırdı. Mənim haqqımda əsassız fikirlərlə o işçilərin beynini yumağa, pərakəndəlik yaratmağa çalışırdı. Hətta məni \”keçi\” , digər işçiləri də \” qoyun\” adlandıraraq təhqir etməkdən belə çəkinməmişdi.

Bu milli xain elədiklərini gördükcə mən böyük və sözlə ifadə oluna bilməyən təəssüf hissi keçirdirdim. Mənimlə görüşməyə cəsarəti çatmayan bu şəxs ancaq arxamca danışmaqla özünü böyük adam hesab edirdi. Etdiyi bu iyrənc hərəkətlərinə görə bir dəfə ona zəng edib onunla görüşmək istəsəm də, mənə kobud şəkildə \”zəhləmi tökmə\” dedi. Altmış beş (65) yaşı olan bu şəxs sizcə ziyalı, bu günkü nəsil üçün nümunə mənbəyi ola bilərmi. Məhz bu şəxsin təşəbbüsü ilə müraciətimizə neqativ cavab verilən 01.12.2017-ci tarixdə mən otelin qarşısında mediya mənsublarına müsahibə verdiyim ərəfədə çıxışlarımın qarşısını almaq məqsədilə əraziyə xeyli sayda polis işçisi cəlb etməyi bacarmışdılar.

Təbii ki, əksər hallarda nə etdiyini tam olaraq başa düşməyən əksər polis işçilərimiz kimi bu polislər də mənim onlara qarşı bildirdiyim iraddan sonra yanımdan uzaqlaşmağı məqsədə uyğun hesab etdilər. Lakin müsahibə bitənədək otelin qarşısında keşik çəkdilər. Sanki otelin qarşısında dəfələrlə məhkum olmuş ictimai-təhlükəli cinayətkar, terrorist dolaşırdı\”. Samir Zeynalov deyir ki, oteldə baş verən dözülməz qeyri-hüquqi və qeyri-mənəvi faktlarla bağlı otelin sahibi İsgəndər Xəlilovun oğlu Rauf Xəlilovun qəbulunda olmağa çalışsalar da, Rauf Xəlilov otelin baş menecer əvəzi Lars Sammuelisi və Oleq Əliyevi qəbul etsə də, lakin şikayətçilərlə görüşməyib: \”Və katibəsi Afaq xanım vasitəsilə bizə \”getsinlər, otelin qərarını gözləsinlər dedi\”.

Mən bir gün sonra yazılı şəkildə İSR Holding rəhbərliyinə mütaciət etdim. Lakin həmin müraciətdən də artıq 10 gündür keçib, heç bir cavab yoxdur. Hörmətli Rauf bəyin deidyi kimi sakitcə və səbirlə otelin qərarını gözlədik. Qərar isə mənfi. Yalnız mənim səylərim nəticəsində xidmət müqaviləsi ilə çalışan şəxslər mən xaric əmək müqaviləsi ilə işə qayıda bildilər. Otel rəhbərliyinin şərti isə bu oldu. Mən haqq və ədalət sahibi olaraq artıq \”Hilton Baku\” otelində çalışmamağa, digər işçilərin işə qayıtması naminə məcbur olmalı idim və oldum da.

\”Hilton Baku\” rəhbərliyi isterika vəziyyətinə düçar olaraq 15 nəfərin yox, təkcə mənim qarşımda aciz olduğunu təsdiq etdi\”. Müraciət müəllifi daha sonra qeyd edir ki, hazırda işsiz olsa da, lakin onun sayəsində 8 nəfərin əmək müqaviləsi ilə işə qayıtmasına nail olub və bundan məmnundur: \”Amma mübarizənin dayanmaması zəruriliyini başa düşərək şəxsim adına mübarizəmi davam etdirəcəyimi bəyan edirəm və hörmətli Rauf Xəlilova demək istəyirəm ki, siz 19 gün ərzində işsiz, əlacsız, pulsuz qalan gənclərin qarşısına bir dəfə olsun çıxmadınız. Amma mən əlacsız şəraitdə insan haqları uğrunda mübarizə apararaq gəncləri sevindirməyi bacardım. Siz də bir gəncsiniz və sizin yerinizdə olmaq istəyən yox, ən azından öz vətənində normal insan kimi yaşamağa möhtac olan gənclər çoxdur\”. (olaylar.az)

İnterpress.az