İran və Qətər XİN rəhbərləri arasında telefon danışığı baş tutub.
İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi və Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman əl-Tani arasında telefon danışığı olub.
Tərəflər ikitərəfli əlaqələrin bütün istiqamətlərdə möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı xüsusilə Qəzza sektorundakı vəziyyətə və regiondakı son hadisələrə diqqət yetirilib.
Nazirliklərin rəhbərləri, həmçinin Pakistanla Əfqanıstan arasındakı gərginlikdən danışıblar və münaqişənin diplomatik yolla həllinin zəruriliyini qeyd ediblər.
Tərəflər gələcək mərhələdə regional təhlükəsizlik və humanitar əməkdaşlıqla bağlı yeni məsləhətləşmələrin planlaşdırıldığını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az





