İnterpress.az xəbər verir ki, teleaparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb.
“İşsiz qalmaq yaxşı şey deyil. Həftənin bütün günləri adama bazardır. Templi, potensialımı ortaya qoya biləcəyim iş axtarırdım. Amma anladım ki, bu, indi heç kimə lazım deyil. İşsiz qalmağın başqa bir tərəfi də var. “Dostlar” adamı tərk edir, telefona gələn zəng və mesajların sayı azalır, bir müddət sonra tamamilə kəsilir. Elə bil gözəgörünməz olursan. Sən hamını görürsən, amma heç kim səni görmür, eşitmir.
Hələ özünü sənin dərdinə şərik kimi göstərən “dostlar” da var, hansı ki, başqalarının yanında “Əcəb oldu, daha da betər günə qalacaq” deyirlər”, – deyə o yazıb.
Qeyd edək ki, teleaparıcı bir müddət “ARB TV”-də çalışıb.
İnterpress.az