Yeni Ombudsmanın seçilməsi təxirə salındıbackend

Yeni Ombudsmanın seçilməsi təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasına qədər təxirə salınıb.

Qərar layihəsinin gələn il müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanında hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı layihənin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Yeni Ombudsman seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir. O, iki dəfə – 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

İnterpress.az