ABŞ prezidenti Donald Tramp bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıdığını rəsmi elan edəcək.
Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Qüdsə köçürüləcəyini bəyan edəcək.
D.Tramp qərarını Yaxın Şərq ölkələrin rəhbərləri ilə müzakirə edib.
Ərəb ölkələrinin liderləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin niyyətini tənqid ediblər, Avropa Birliyi Trampın bu qərarının Yaxın Şərq probleminin həllinə ziyan gətirəcəyini bəyan edib.
İnterpress.az-ın ABŞ təmsilçisi
Ramal Hüseynov