İnterpress.az istinadla xəbər verir ki, istintaq komitəsi onun həbsi barədə order verib. Hazırda o, beynəlxalq axtarışdadır. Onun ya Türkiyə, ya da Fransada gizləndiyi ehtimal olunur.
Məlumatda deyilir ki, Telman İsmayılov iki sahibkar – Vladimir Savkin və Yuri Brılevin qətlində şübhəli bilinir. Cinayət planı onun qardaşları Rafiq və Vaqif İsmayılovlarla birgə həyata keçirilib. Qətli törədən isə Mehman Kərimovdur.
Telman İsmayılov isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
İnterpress.az