Üz idmanı
İdmanla, sadəcə ayaqları və ya qarnı deyil, üz əzələlərinizi də möhkəmləndirə bilərsiniz. Güzgünün qarşısına keçin və 10 saniyə ərzində gülümsəyin. Hər dəfə 2 saniyəlik fasilələr verərək bunu 10 dəfə təkrarlayın. Daha sonra yanaqları hava ilə doldurub şişirin. Bunu da yuxarıdakı qayda ilə edin. Bunlar cəmi 2 dəqiqə vaxtınızı alacaq. Gündə iki dəfə bu idmanı təkrarlayın.
Avokadolu bal maskası
Yarım avokadonu iki xörək qaşığı bal ilə qarışdırıb yanaqlarınıza çəkin. 15 dəqiqə masaj edərək maskanı dəriyə yedizdirin. Daha sonra soyuq su ilə təmizləyin.
Qatıqlı əzvay maskası
4 xörək qaşığı az yağlı qatığı 2 xörək qaşığı əzvay (aloe-vera) suyu ilə qarışdırın. Əldə etdiyiniz maskanı fırça ilə üzünüzə çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.
İnterpress.az