İnterpress.az xəbər verir ki, bu barədə bəyanatını Yəmən dövlət televiziyası vasitəsilə yayıb.
“Gəlin yeni səhifə açaq və bu irqçi terror təşkilatını yox etmək üçün əlimizdən gələni edək. Yəmən xalqının bu cinayətkarlar ucbatından çəkdiyi əziyyətlərə son qoyaq. Biz sizlərlə eyni yoldayıq. Hədəfimiz cümhuriyyət və inqilab savaşıdır” – deyə o bildirib.
Mənsur Hadi ilə bərabər husilərin lideri olan Əbdül Malik Husi də “Əl Məsirə” televiziyası vasitəsilə xalqa səslənib. Husi Salehini sədaqətsizlik və xəyanətdə günahlandırıb:
“Düşmənin güclənməsini hədəfləyən addımlar uğursuzluğa düçar oldu. 3 ildir müttəfiq olmağımıza baxmayaraq, Saleh bizə qarşı çevriliş etmək istəyirdi. Saleh bizə xəyanət etdi. Onu bu sona sürükləyən Birləşmiş Ərəb Əmirlikləridir”.
Salehin oğlu Salah Saleh isə Tvitter hesabında yaydığı açıqlamada xalqı husilərdən intiqam almağa səsləyib.
Qeyd edək ki, Saleh dünən husilər tərəfindən qətlə yetirilib. (axar.az)
İnterpress.az