Avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü – FOTObackend

Avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə baku.ws-yə mərhumun həyat yoldaşı Müzəffər İsmayılov bildirib.

Onun sözlərinə görə, həkimlər 44 yaşlı Təranə Məhəmməd qızı Babaşovanın beyninin 2/3 hissəsinin dağıldığını bildiriblər. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza hadisəsi sentyabrın 27-də baş verib və həmin gündən Təranə Babaşova komada olub. O, noyabrın 28-də isə dünyasını dəyişib.

Təranə Babaşovadan 10 yaşlı qızı yadigar qalıb.

Xatırladaq ki, 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı maşınla vurub.

Təranə Babaşova \”8-ci kilometr\” bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub. Sürücü polis tərəfindən saxlanılıb. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

Avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü - FOTO

İnterpress.az