İnterpress.az xəbər verir ki, meyit dekabrın 5-də avtomobillə Samaradan Azərbaycana yola salınıb və dekabrın 7-də səhər saatlarında Bakıya çatıb.
Aqşin Kərimovun yas mərasimi Əhmədli qəsəbəsində keçiriləcək. Mərhum Günəşli qəbiristanlığında babasının yanında dəfn olunacaq.
Qeyd edək ki, 15 yaşlı A.Kərimov 9-cu sinifdə oxuyurmuş. O, dekabr ayının 5-də evdə olarkən odlu silahdan özünə atəş açıb, başından güllə yarası alan yeniyetmə hadisə yerində keçinib. Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi ehtimal edilir.
İnterpress.az