İnterpress.az xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının prezidenti Gigi Çereteli Vyanada nazirlərin görüşündə deyib.
\”ATƏT məkanında bütün münaqişələrin həlli ilə bağlı qəbul edilmiş qətnamələrə riayət olunması vacibdir. Dağlıq Qarabağ münaqişəsi dərin narahatlıq doğurur\” – deyə ATƏT PA-nın prezidenti deyib.
Onun sözlərinə görə, sülhün əldə olunması və münaqişə tərəfləri arasında etimadın qurulması üzrə tədbirlərin həyata keçirməsi üçün birgə səylər göstərmək lazımdır.
İnterpress.az