24 yaşlı qız özünü 10-cu mərtəbədən atdı – YENİLƏNİBbackend

24 yaşlı qız özünü 10-cu mərtəbədən atdı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda özünü yeni tikilinin 10-cu mərtəbəsindən yerə ataraq intihar edən qızın adı məlum olub.

\”Report\”un xəbərinə görə, intihar etmiş qız Əda Zeynalovadır.

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

***

İnterpress.az Report-a istinadən xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İnterpress.az