Tarkan Türkiyəni “siyasətə görə” tərk edir?backend

Tarkan Türkiyəni “siyasətə görə” tərk edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Kult.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türkiyəli məşhur müğənni Tarkan söyləyib.

“Almaniyada yaşayan həyat yoldaşım Pınar Tevetoğluyla tez-tez bu ölkəyə səyahət edirik. Bu səyahətlər zamanı viza problemi yaşamamaq naminə Almaniyada daimi yaşamaq izni üçün müraciət etmişəm. Bu məsələnin doğru olmayan yöndə izah edilməsi məni çox təəssüfləndirib”, – deyə Tarkan bildirib.

Qeyd edək ki, “Bild” qəzeti Tarkanın ölkədəki siyasət ucbatından Türkiyəni tərk edərək, Almaniyaya yerləşdiyi haqqında informasiya yaymışdı.

İnterpress.az