İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonuna gedən kəsişmə nöqtəsində iki \”Mercedes\” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5-i yaralanıb.
Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir xəstəxanasında dünyasını dəyişib.
Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.
Maşınlardan birində toydan qayıdan hərbçilər olub.
İnterpress.az