Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.
O qeyd edib ki, bayram tədbiri dekabr ayının 31-də təşkil ediləcək:
“Hər il olduğu kimi, bu il də şəhər sakinlərini və ölkəmizdə qonaq olacaq insanları təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edirik”.
İnterpress.az