BMT və Avropa Şurasının İrəvandakı ofisi qarşısında etiraz aksiyasıbackend

BMT və Avropa Şurasının İrəvandakı ofisi qarşısında etiraz aksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aksiya iştirakçıları şikayət məktublarını beynəlxlq nümayəndəliklərə təqdim ediblər.

Nümayişçilər siyasi məhbusların azadlığa buraxılması tələbini irəli sürüblər.

“Hüquq və azadlıq mərkəzi” ictimai təşkilatın sədri Vardan Harutyunyan bildirib ki, Ermənistan bu günədək insan hüquqlarının layiqli şəkildə qorunmasını təmin edə bilməyib.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə hakimiyyət tərəfindən seçki nəticələrinin saxtalaşdırıldığını, insan hüquqlarının tapdalandığını qeyd etməklə, belə halların ölkəni tərk edənlərin sayının artmasına təkan verdiyini vurğulayıb.

Qeyd edək ki, “Erməni dövləti naminə” cəbhəsi 1 ay əvvəl yaradılıb. Birlik üzvlərinin əsas hissəsi kütləvi iğtişaşlar törətməkdə ittiham olunaraq keçən il iyun ayında həbs edilən Jirayr Sefilyanın silahdaşlarından ibarətdir. (azvision.az)

İnterpress.az