İnterpress.az xəbər verir ki, bu barədə kriminal xronika saytı shamshyan.com məlumat yayıb.
Qeyd olunur ki, bir gün əvvəl işğal edilmiş Dağlıq Qarabağda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14:20-də Berdzor – Qoris avtomagistralının 15-ci kilometrliyində \”Nissan March\” və \”Mercedes\” markalı maşınlar toqquşub.
Məlum olub ki, \”Mercedes\” Ermənistan parlamentinin balansında qeydiyyatdadır və deputat Karen Bekaryana xidmət edir. Qəza baş verərkən o da maşında olub və yüngül xəsarət alıb. Deputat müayinə üçün Yerevandakı tibb müəssisələrindən birinə yerləşdirilib.
İnterpress.az