Putindən gözlənilməz səfər – Suriyayabackend

Putindən gözlənilməz səfər – Suriyaya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Suriyanın Xmeymim bölgəsində yerləşən Rusiya hərbi hava qüvvələrinin bazasına baş çəkib.

Putin Rusiya əsgərlərinin Suriyadan çıxarılması haqda əmr verib. Müdafiə naziri və Baş Qərargah rəisinə Rusiya hərbi birləşmələrinin daimi dislokasiya yerinə qaytarılması barədə tapşırıq verilib.

Putun Rusiya hərbçilərinin vətənə qələbə ilə qayıtdıqlarıbı deyib. Prezident əlavə edib ki, əgər terrorçular yenidən başlarını qaldırsalar, daha ağır zərbələrlə onlara hücum ediləcək.

Qeyd edək ki, bu gün Rusiya prezidentinin Türkiyəyə səfəri gözlənilir. Onun Ankaradan öncə Suriyaya getməsi haqda isə məlumat verilməmişdi.

İnterpress.az