İnterpress.az xəbər verir ki, bu barədə Nyu-York polisi məlumat yayıb. Əldə düzəldilən bomba avtobus terminalının yanında quraşdırılıb. CNN-in məlumatına görə, şübhəli şəxs partlayıcı qurğu ilə metro stansiyasına girməyə çalışıb, lakin tutulub. Hadisənin təfərrüatı hələ də məlum deyil.
Nyu-York polisi Manhettendə partlayış baş verdiyini açıqlayıb.
Bu barədə Nyu-York polisi öz “Twitter” səhifəsində bildirib. Məlumata görə səbəbi bilinməyən partlayışa müdaxilə edilir. Bəzi metro xətləri boşaldılır. Hadisənin təfərrüatı haqqında əlavə məlumat veriləcək.
İnterpress.az