İslam Kərimov yenidən prezidentliyə namizəd olubbackend

İslam Kərimov yenidən prezidentliyə namizəd olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Özbəkistan Liberal Demokrat Partiyasının yanvarın 14-də keçirilən qurultayında 76 yaşlı prezidentin növbəti seçkilərdə namizədliyi irəli sürülüb.

O, qarşıdan gələn seçkilərdə adı açıqlanan ilk namizəddir. Bundan əvvəl İ.Kərimovun ehtimal olunan varisləri kimi baş nazirin müavini Rüstəm Əzimovun və Özbəkistan kəşfiyyatının rəhbəri Rüstəm İnoyatovun adı hallanırdı.

Bu il martın 29-na təyin olunan prezident seçkiləri kampaniyası ötən il dekabrın 26-da başlayıb. Seçkilərdə yaşı ən azı 30 olan və son 10 ildə ölkə ərazisində yaşamış Özbəkistan vətəndaşları öz namizədliklərini irəli sürə bilərlər. Eyni şəxs 2 dəfədən artıq prezident vəzifəsini tuta bilməz.

İslam Kərimov ölkəyə 1989-cu ildən rəhbərlik edir (1989-1991-ci illərdə Özbəkistan SSR KP MK-nın birinci katibi), prezident olaraq isə 1991-ci ildə seçilib. Dörd il sonra onun səlahiyyətləri 2000-ci ilə qədər uzadılıb, 2000-ci ildə ikinci müddətə prezident seçilib. Son seçkilər isə 2007-ci ildə 7 il müddətinə olmaqla keçirilib. Konstitusiyaya müxtəlif vaxtlarda prezidentlik müddəti ilə bağlı edilmiş iki dəyişiklikdən sonra İ.Kərimovun “hesabı sıfırlanıb”.

İnterpress.az