İnterpress.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, terrorçu saxlanılarkən silahlı müqavimət göstəriblər, lakin xidmətin xüsusi bölmələri onları neytrallaşdırıb. Terrorçu yaxın xarici ölkələrdən birinin vətəndaşıdır.
Cinayətkarın yaşadığı əraziyə keçirilən baxış zamanı orada partlayıcı qurğuların hazırlanması üçün komponentlər, odlu silah və döyüş sursatı aşkar edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İnterpress.az