Ulyanovskidə Azərbaycan diasporunun lideri 9 yaşlı xəstə qıza yardım etdibackend

Ulyanovskidə Azərbaycan diasporunun lideri 9 yaşlı xəstə qıza yardım etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ulyanovsk Vilayətinin qubernatoru Sergey Morozov və Ulyanovsk regional azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri İslam Hüseynov serebral iflic xəstəliyindən əziyyət çəkən 4 -cü sinif şagirdi Alina Kərimovanın müalicəsi üçün 750 min rubl məbləğində maddi yardım göstərib.

Alina Kərimova 9 yaşında oturmağı öyrənib (ICP), ayaq üstə durmağı öyrənmək üçünsə onun daimi müalicəyə ehtiyyacı var.
Məlumata görə, Qubernator 650 min rubl ayrılması haqqında sərəncam imzalayıb, Ulyanovsk regional azərbaycan milli-mədəni muxtariyyətinin sədri İslam Hüseynov 100 min rubl, Müftilik (Müsəlmanların Regional Ruhani İdarəsi) və «Садака и Закят» ( \”Sadaka\” və \”Zəkat\”) Fondu müalicə müddəti bitənədək ailəni müxtəlif ərzaqlarla təmin etməyə qərar verib.

İnterpress.az