İnterpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, saat 22:45-də Nizami rayonu, 47 ünvanında dörd mərtəbəli binada yanğın başlayıb.
İnsident nəticəsində 20-yə yaxın sakin təxliyə olunub.
İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub. Yaşayış binasının dördüncü mərtəbəsində başlayan yanğın dam örtüyünə keçib.
Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.
İnterpress.az