İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
\”Shacman\” markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri – 58 yaşlı Hərarət Əhəd oğlu Əsgərov, Elfura Hərarət qızı Qədirova, 4 yaşlı Mirismayıl Elşən oğlu Talıbov və 47 yaşlı İsgəndər Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az