Dövlət Statistika Komitəsindən İnterpress.az-a verilən məlumata görə, 2017-cildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqlarda 19,7, 3-5 yaşlı uşaqlarda 7,5, 6-10 yaşlı uşaqlarda 9,9, 11-17 yaşlı uşaqlarda isə 7,3 faiz artım qeydə alınıb. Həmin yaş qruplarından müvafiq olaraq 420, 172, 167, 118 uşaq övladlığa götürülüb.
Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 28 uşaq övladlığa götürülüb ki, onların da 12-si qızdır.
Bundan əlavə, 2017-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən övladlığa götürülməsi barədə ləğv edilmiş qərarların sayı əvvəlki illə müqayisədə 7,9 faiz azalaraq 58-ə bərabər olub.
İnterpress.az