Əhalinin banklarda 8 milyarda yaxın pulu varbackend

Əhalinin banklarda 8 milyarda yaxın pulu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə Bazarlarına Nəzarət Palatasından İnterpress.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.7 mlrd. manat olub.

2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2.2% (83 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.

28 fevral 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

İnterpress.az