Sarqısyan biabır oldu: Ermənilər qarabağlıdan imtina etdibackend

Sarqısyan biabır oldu: Ermənilər qarabağlıdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Qallup\” şirkətinin keçirdiyi sorğuda hazırkı prezident Serj Sarqısyanı ermənilər baş nazir postunda görmək istəmirlər. Ölkə əhalisinin cəmi 24,8%-i Sərkisyanı baş nazir kimi arzulayırsa, Karen Karapetyanı əhalinin 27,3%-i dəstəkləyib.

Maraqlı məqam odur ki, Sarqısyan bu göstərici ilə heç ikinci yerdə belə qərarlaşmayıb. Onu Karapetyanla bərabər, məşhur iş adamı Qaqik Sarukyan da üstələyib. Sarukyanı əhalinin 26,5%-i baş nazir görmək istəyir.

Sarqısyana qarşı kəskin mövqe tutan Yelk Blokunun nümayəndəsi Nikol Paşinyan 15,3%, müdafiə naziri Vigen Sarqısyan isə cəmi 8,6% səs toplayıb.

Qeyd edək ki, Ermənistanda baş nazirin adı aprelin 9-da bəlli olacaq. Baş nazir parlamentdə keçirilən səsvermə əsasında müəyyən ediləcək.

İnterpress.az