Elşad Mirinin qadağan olunmuş kitabı çapdan çıxıb – FOTObackend

Elşad Mirinin qadağan olunmuş kitabı çapdan çıxıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər ki, bu barədə ilahiyyatçı özü məlumat verib.

Elşad Miri bildirib ki, ölkəmizdə qadağan olunan kitabı Türkiyədə çapdan çıxıb: \”\”İslamda yoxdur\” adlı kitabım Tükiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxdı. Bu işdə əməyi keçən bütün dostlarıma dərin təşəkkürlərimi bildirirəm. Kitabın İSBN-i və aksiz markası da var… Kitab Azərbaycan dilində çap olunub və Azərbaycandan başqa bütün digər ölkələrdə yaşayanlar həmin kitabı əldə edə biləcəklər! İnşəAllah \”İslamda yoxdur\” bir neçə dildə və bir neçə ölkədə də önümüzdəki aylarda nəşr olunacaq. Azərbaycanımızdakı ekspertlərin gördükləri “təhlükələr”i onlar görməyiblər. Təəssüflər…\”

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi \”İslamda Yoxdur!\” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.

Elşad Mirinin qadağan olunmuş kitabı çapdan çıxıb - FOTO

İnterpress.az