Bakıda yol təmizləyən texnikaları süpürgəçi qadınlar idarə edəcək? – AÇIQLAMA – FOTObackend

Bakıda yol təmizləyən texnikaları süpürgəçi qadınlar idarə edəcək? – AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Deməli, biz onlara xeyirxahlıq edib məlum formaları veririk. Bununla da, qabaqlayıcı tədbirlər görərək yol qəzalarının qarşısını almağa çalışırıq. Cəmiyyət bunu yaxşı qarşılamadı ki, elmin və texnikanın inkişaf etdiyi dövrdə bu nədir? Biz də bildiririk ki, yaxın zamanda Azərbaycana yol təmizləyici texnikaların gətirillməsi gözlənilir. İndi bundan sonra da cəmiyyət yenə başlayacaq ki, texnikalar gətirilirsə, deməli, o qadınlar işsiz qalacaq. Belə olan təqdirdə üzümü cəmiyyətə tutub demək istəyirəm ki, yaxşı bəs, biz nə edək?”.

Bunu İnterpress.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov süpürgəçi qadınlara paylanan xüsusi geyim formaları haqqında danışarkən bildirib.

Bakıda yol təmizləyən texnikaları süpürgəçi qadınlar idarə edəcək? - AÇIQLAMA - FOTOV.Əsədov qeyd edib ki, ilin əvvəlindən bu günə qədər üç süpürgəçi qadının vurulması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Onlardan biri ölüb. Digər iki nəfəri isə xəsarət alıb: “Biz də qabaqlayıcı tədbirlər görərək, bunun qarşısını necə alaq? Başqa variant ola bilər ki, bunlar işlərinə başlayandan yol polisləri onların yanında durmalıdır. Bu da, hələ ki, sual altındadır. Ötən il yol təmizləyici texnikaların gətirilməsi ilə bağlı məsələ qaldırılıb. Hazırda bunun üzərində işlər gedir. Bəzən kənardan elə görünə bilər ki, biz heçnə etmirik. Yox. Biz bu işlərin ərsəyə gəlməsi üçün əlimizdən gələni edirik. Sadəcə olaraq, mənim və eləcə də sizlərin məlumatımız olmadığından elə bilirlər ki, bu istiqamətdə işlər getmir. Mən bu işlərin içərisində olan bir məsul şəxs kimi deyə bilərəm ki, bu texnikaların gətirilməsi ilə bağlı yuxarı səviyyədə məsələ qaldırılıb. Azərbaycanda bütün sahələrdə gördüyünüz kimi inkişaflar gedir. Məgər, o texnikaların gətirilməsi belə böyük problemdir? Əlbəttə, yox. Sadəcə olaraq, işlər gedir. Yaxın zamanlarda həmin texnikaların ölkəmizə gətirilməsi planlaşdırılır. Amma vaxtı hələ ki, dəqiq məlum deyil. Həmin texnikalar ölkəmizə gətirilənə qədər biz süpürgəçi qadınların təhlükəsizliyini təmin etməyək?”

Bakıda yol təmizləyən texnikaları süpürgəçi qadınlar idarə edəcək? - AÇIQLAMA - FOTOŞöbə rəisi bildirib ki, süpürgəçi qadınlara geyimlərin paylanılması ilə yol polisi tərəfindən xeyirxahlıq göstərilib: “Mən başa düşürəm ki, hər zaman cəmiyyətdə söylənilən fikirlərə reaksiya verilməlidir. Təbii ki, azlıq çoxluğa tabe olduğundan çoxluğun təklifi qəbul edilməlidir. Mən hesab edirəm ki, bu gün hər kəs xeyirxah addım atırsa, təbii ki, bu, birmənalı qarşılanmır. Hər ağızdan da bir avaz gəlir. Yol polisi olaraq, bir xeyirxahlıq göstərilib. Bundan narazı olan da, razı olan da olmalıdır. Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu, heç bir ölkənin təcrübəsi ilə bağlı deyil. Söhbət yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən gedir. Söhbət piyadaların avtomobillərlə vurulmasından gedir. Bu gün dövlətimiz bütün sahələr üzrə milyonlarla pul xərcləyib yeraltı, yerüstü piyada keçidləri, “zebra”lar və s. istifadəyə verilir ki, piyadalar vurulmasın. Amma təyin olunmayan yerlərdən piyadalar keçir deyə, yol qəza hadisələri baş verir. Kommunal xidmət əməkdaşları, xüsusilə, küçə və prospketlərin təmizliyi ilə məşğul olan işçilərin vurulması bizi də narahat edir. Bu, hamıda ciddi narahatlıq doğurur. Biz qabaqlayıcı tədbir olaraq, sözügedən geyimlərin alınıb verilməsi ilə, heç olmasa, müasir texniki avadanlıqlarla təchiz edilənə qədər həmin əməkdaşların avtomobillərlər vurulmasının qarşısını ala bilərik. Buna da mı bəziləri dırnaq arası baxır?”.

Bakıda yol təmizləyən texnikaları süpürgəçi qadınlar idarə edəcək? - AÇIQLAMA - FOTOV.Əsədov sözügedən formalar vasitəsilə qəza hadisələrinin qarşısının alınacağını vurğulayıb: “Təsəvvür edin ki, gecənin qaranlıq vaxtı analarımız, bacılarımız olan süpürgəçi qadınlar səhər saat 4-dən küçə və prospketləri təmizləməyə başlayırlar. İşıqlandırılmayan ərazi olur, bəzən. Təbii ki, bu geyimlər xoşagəlməyən qəzaların qarşısını, ən azından, ala biləcək. Süpürgəçi qadınlara təqdime dilən forma istənilən fəsil üçün, istənilən vaxt üçün nəzərdə tutularaq hazırlanıb. Çox gözəl xarici görünüşə, işıq qaytarıcı qabiliyyətinə və sayrışan işıqlara malik olan bir formadır. Sadəcə, qalıb inid onun düzgün istifadə olunmasına. Çünki, qaranlıq zamanı onun 3 rejimli lampaları var və bu lampalar 500 metr məsafədən görünür. Misal üçün, avtomobil sürücüsü onu 500 metrdən görüb təbii ki, qəzanın qarşısını alacaq”.

Bakıda yol təmizləyən texnikaları süpürgəçi qadınlar idarə edəcək? - AÇIQLAMA - FOTOV.Əsədov yol təmizləyən texnikaların süpürgəçi qadınlar tərəfindən idarə olunması təklifinə də münasibət bildirib. O, bütün təklifləri qəbul etdiyini vurğulayıb: “Bu işə biz baxmırıq, bunun üçün aidiyyəti orqanlar var. Onlar Kommunal Təsərrüfat işçiləridir. Mənim istəyim təkcə odur ki, yol qəza hadisəsi baş verməsin, günahsız insanlar həyatlarını itirməsin. Onlar təmizliklə məşğul olurlar. Şəhərimizin sakinləri və eləcə də, şəhərimizə təşrif buyuran qonaqlarımız küçə və prospektlərdəki təmizlikləri görəndə biz qürur hissi duyuruq. O texnikaların idarə olunmasında isə iki nəfər iştirak edəcək. Buradan narahat olan insanlara demək istəyirəm ki, narahat olmasınlar. Texnikalar da gələcək və süpürgəçi qadınlar da işlə təmin olunacaqlar. İxtisara düşənlərə də iş veriləcək”.

Səid Qərib
İnterpress.az