İnterpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Ussuriysk şəhərində baş verib. Belə ki, şəhər sakininə məxsus fərdi yaşayış evində baş verən güclü yanğın nəticəsində 6 nəfər yanaraq dünyasını dəyişib.
Dünyasını dəyişənlərin 4-ü qadın, 1-i kişi və digəri isə azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az