Hadisə nəticəsində 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
İlkin məlumata görə, polis hadisənin qəsdən törədildiyini ehtimal edir. Fotolardan kafenin küçədəki stol və stullarının ətrafa dağılması görünür. Şahidlər bildiriblər ki, yük avtomobili stullarda oturan insanların üzərinə sürülüb.
\”Rheinische Post\” nəşrinin mənbələri sürücünün özünü güllələdiyini bildiriblər. \”Focus\” nəşri də polisə istinadən iddia edir ki, şübhəli şəxs intihar edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xüsusi əməliyyat aparırlar. ( olke.az )
İnterpress.az