21 yaşlı azərbaycanlı oğlan Rusiyada öldürüldü – FOTO – YENİLƏNİBbackend

21 yaşlı azərbaycanlı oğlan Rusiyada öldürüldü – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Rusiyanın Kaluqa vilayətinin Balabanovo şəhərində yerləşən kafelərin birində baş verib. Belə ki, ötən gün axşam saatlarında dağıstanlılarla azərbaycanlı gənclər arasında mübahisə düşüb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.

Davanın iştirakçıları olan dağıstanlı gənclər \”beşbarmaq\”la 1997-ci il təvəllüdlü Əlihüseynov Babək İlham oğluna bir neçə zərbə endiriblər.

Nəticədə, B.Əlihüseynov hadisə yerindəcə dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, dünyasını dəyişən şəxs jurnalist Vasif Əlihüseynovun əmisi oğludur. V.Əlihüseynov İnterpress.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, Rusiya vətəndaşı olan mərhum B.Əlihüseynov hərbi xidmətdən yenicə tərxis olunub.

İterpress.az