İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, \”Bazar store\” mağazalar şəbəkəsində alış-veriş etmək istəyən müştəri gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, mağazada vitrində yerləşdirilən çörəyin kiflənmiş olduğunu görə alıcı mağazanın daxili nəzarətçilərinə etirazını bildirib.
Amma buna baxmayaraq, həmin kiflənmiş çörəyin vitrindən götürülmədiyi bildirilir.
Müştəri isə, etiraz əıaməti olaraq, mağazadan alış-veriş etmək niyyətini dayandırıb.
Qeyd edək ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, həmçinin xarab tərəfini qoparıb çörəyin qalanını yemək də təhlükəlidir. Çünki, kiflənmiş çörəkdəki aflatoksin, mədə, bağırsaq və qaraciyər xərçənginə yol açır.
Xatırladaq ki, son günlər alış-veriş edən müştərilər \”Bazarstore\” mağazalar şəbəkəsindən narazı olduqlarını bildiriblər. Bir müddət öncə, mağazanın vitrinində 67 qəpiyə satılan \”Mars\” şokoladının kassada 80 qəpiyə satılması da müştərici tərəfindən etirazla qarşılanmışdı.
İnterpress.az