“Bu il Azərbaycanda 34 min yeni iş yeri yaradılıb”.
İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, 2018-ci ilin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb: “Qeyri-neft sektorunda, sənaye istehsalında, qeyri-neft sənayesində və kənd təsərrüfatında ciddi artım əldə olunub. Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub”.
Prezident bildirib ki, bu il Azərbaycana 7 dövlət və hökumət başçısı səfər edib.
İnterpress.az